Ermənistanın sabiq prezidenti yenidən həbs oluna bilər

Bu gün Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsdən azad olunması ilə bağlı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan Kassasiya Məhkəməsinə şikayət verəcək.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun məsləhətçisi Qor Abraamyan bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluğun kassasiya şikayəti təmin edilərsə, Koçaryan yenidən həbs olunacaq.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryana qarşı 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. İttihamla əlaqədar sabiq prezident iyulun 28-də həbs edilmişdi. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq, Koçaryanla bağlı İrəvan şəhər məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını ləğv edib.

ŞOK: Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR