Pentaqon yeni anonim messencer hazırlayır

Pentaqon yeni anonim messencer hazırlayır
14:35 20 Avqust 2018
Ölkə mətbuatı
A- A+

ABŞ Müdafiə Nazirliyinini Perspektiv Tədqiqat Layihələri Agentliyi anonim və təhlükəsiz mobil messencerin hazırlanmasına 44 milyon dollar ayırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti ria.ru saytına istinadən yazır ki, hakerlər sistem qovşaqlarından birinə müdaxilə etdiyi halda belə yeni proqram hər bir istifadəçinin "tam məxfiliyini", həmçinin "ötürülən mesajların bütövlüyünü" təmin etməlidir.
 
Proqram daxilində həmsöhbətlərin dialoqları şifrələnəcək. Həmçinin messencer internetə çıxış olmayan bir şəbəkə daxilində işləməlidir.
 
Sözügedən proqram 2019-2023-cü illər ərzində işlənib hazırlanacaq. Yeni messencerin “Android” əməliyyat sistemi üçün versiyasını hazırlamaq planlaşdırılır.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-56133-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR