Bu il Azərbaycanda həkimlərin sayı azalıb

Bu il Azərbaycanda həkimlərin ümumi sayı azalıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 2018-ci ilin ötən dövründə həkimlərin ümumi sayı 31 min 900 nəfər təşkil edib.

Bu rəqəm ötən il üçün 32 min 200 nəfər olub. Bu da 2017-ci illə müqayisədə 300 həkimin azalması deməkdir.

Bundan başqa, orta tibb işçilərinin sayında da azalma qeydə alınıb. Belə ki, bu il üçün onların sayı 52 min 800 nəfər (keçən il 54 min 500 nəfər) təşkil edib.

Xəstəxana müəssisələrinin sayı isə 3 ədəd azalaraq 566 (keçən il 569) olub. Xəstəxana çarpayılarının sayına gəlincə, onların sayı 44 min 100-ə (keçən il 45 min 300) enib.

ŞOK: Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR