"Qaçqınkom"da məcburi köçkünlərin mənzil problemi müzakirə edildi

"Qaçqınkom"da məcburi köçkünlərin mənzil problemi müzakirə edildi
16:13 20 Avqust 2018
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu gün növbəti kollegiya iclası keçirilib.

Komitədən Publika.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli və davamlı inkişafının təmin edildiyini, aparılan islahatların xalqın mənafeyinə tam cavab verdiyini, dövlətimizin daim öz vətəndaşının yanında olduğunu və qayğısını çəkdiyini diqqətə çatdıran komitə sədri Rövşən Rzayev məcburi köçkünlərin sosial problemlərinin həllinin də daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Onun sözlərinə görə,məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri salınır.

“Bu sahəyə xüsusilə həssas münasibət göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qəzalı vəziyyətdə olan bina və tiklilərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırığın icrası davam etdirilir”.

Kollegiyanın gündəliyinə məcburi köçkünlərin faktiki məskunlaşma üzrə uçot və qeydiyyatı, komitənin balansında olan mənzil fondunun istismar vəziyyəti, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlər daxil edilib. Hər bir məsələ barədə komitənin müvafiq struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib, ətraflı müzakirələr aparılıb, mövcud nöqsanların aradan qaldırılması yolları müəyyənləşdirilib, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/251049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR