“Nefteqaz-64” gəmisi əsaslı təmir olunub - FOTOLAR

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Nefteqaz-64” təchizat-yedək gəmisi əsaslı təmir olunub.

Bu barədə Metbuat.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan proses müddətində gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub, gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib.

Bundan başqa, baş mühərriklərin hər biri, üç ədəd köməkçi mühərrik, nasoslar, boru sistemləri əsaslı təmir olunub. Heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib.

Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəminin dəniz sınağı həyata keçirilib. Sınaq uğurla tamamlanıb.

Qeyd edək ki, “Nefteqaz-64” gəmisi Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR