Azərbaycan gimnastları Dünya Kubokunun finalında çıxış ediblər

Belarusun Minsk şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kuboku başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından Metbuat.az-a verilən məlumata görə, 39 ölkədən 200-dən çox gimnastın iştirak etdiyi turnirdə Azərbaycan təmsilçiləri də iştirak ediblər.

Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Ayşən Bayramova və Diana Domandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə 8-ci olaraq qərarlaşıb.

Komandamız, həmçinin hər iki kompoziya ilə final mərhələsinə keçməyi bacarıb.

Qızlarımız 5 halqa ilə final çıxışlarına görə 19.800 xal alaraq 6-cı, 3 top – 2 ip ilə kompozisiyaya görə isə 5-ci yerdə qərarlaşıblar.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR