DİQQƏT: Temperatur yenidən yüksələcək

Azərbaycanın bəzi ərazilərində havanın maksimal temperaturu 35 dərəcəyə çatacaq.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra məlumat verib. Qurum rəsmisi deyib ki, avqustun 21-dən 24-dək Bakıda və Abşeron yarımadasında şimal küləyi zəifləyəcək və mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

U.Tağıyeva qeyd edib ki, yaxın günlərdə havanın temperaturu getdikcə yüksələcək:

"Abşeron yarımadasında havanın maksimal temperaturu 33-34 dərəcə, Aran rayonlarda 35 dərəcəyə yaxın, dağlıq ərazilərdə isə 23-24 dərəcə isti olacağı gözlənilir".

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR