Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
16:52 20 Avqust 2018
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaşda 17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ağdaş rayon Hüşün kənd sakini 2001-ci il təvəllüdlü Məmmədov İspəndiyar Vüqar oğlu avqustun 19-da saat 21:00 radələrində kəndin ərazisindən keçən 10 kilovatlıq elektrik cərəyanı xəttinin qırılıb sallanmış naqilinə toxunarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/678157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR