Rusiya Ermənistanda olan hərbçisinin fərarilik etdiyini təsdiqlədi

Rusiya Ermənistanda olan hərbçisinin fərarilik etdiyini təsdiqlədi
22:16 12 Yanvar 2015
183 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Müdafiə Nazirliyi Gümrü hərbi bazasından hərbçinin qaçması faktını təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, rus hərbçi silah və sursatla Ermənistandakı bazadan fərarilik edib.

Hadisəni araşdırmaq üçün Rusiya müdafiə nazirinin birinci müavini Arkadi Baxinin başçılıq etdiyi xüsusi komissiya hadisə yerinə göndərilib.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR