"Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdirildi

"Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdirildi
18:03 20 Avqust 2018
48 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Publika.az PFL-ə istinadən məlumat verir ki, ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqasının III turunda “Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. “Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/251060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR