Mən nə bilim bura Cənnətdir?

Mən nə bilim bura Cənnətdir?
22:27 12 Yanvar 2015
197 Sosial
Ölkə mətbuatı
A- A+

Bir nəfər ölümündən sonra Cənnət qapıları qarşısına düşdü. Qapıda dayanan mələk onu qarşıladı, bir neçə sual verdi və dedi:
 
- Sən Cənnətə layiqsən. Daxil ol!
 
Amma insan gözlənilmədən etiraz etdi:
 
- Bir dayan görək! Mən kiməsə kor-koranə inana bilmərəm. Sən deyirsən ki, bura Cənnətdir. Bəs dəlillərin varmı? Birdən bu Şeytan əməlidir və ya mən arzularıma dalmışam?
 
Mələk heç bir cavab vermədən şeypur çaldı. Qapıda bir neçə gözətçi göründü. Mələk üzünü onlara tutub dedi:
 
- Bunu götürün və Cənnətə aparın. Hər şey qaydasındadır. Bizim adamdı.
 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR