Aldığı quzunu KƏSƏ BİLMƏDİ - Əvəzində isə... / FOTOLAR

Türkiyənin Bursa şəhərində kəsmək üçün alınan quzu ailənin fərdlərindən birinə çevrilib.

Metbuat.az “Posta.com”a istinadən xəbər verir ki, Sultan adı verilə quzu sahibi ilə birlikdə tətilə gedir, günəşlənir, piknik edir, yeləncəkdə yellənir. Ev sahibi Ali Koçakın yanından bir an olsun ayrılmayan 7 aylıq Sultan görənləri heyrətə düşürür.

Sultan uşaqların ən yaxın dostu olaraq qısa müddətdə onlar kimi yaşamağa başlayıb. Sultanı uşağı kimi mənimsəyən Koçak bərabər getdikləri piknikdə kitabdan nağıllar oxuyaraq onu öz əlləri ilə bəsləyir.

Ali Koçak “İşimlə əlaqəli quzuları çox sevirəm. Özüm də ciyər ustasıyam, amma Sultan mənim üçün çox fərqlidir. Onu övladım olaraq görürəm. Onu kəsməyəcəm, ölənə qədər mənimlə qalacaq” - deyə bildirib.

Həyat tərzindən razı olan Sultan da sahibi Ali Koçak və ailəsi ilə birlikdə olduqca əyləncəli vaxt keçirib, onlar kimi davranmağa davam edir.






https://metbuat.az/news/1011003/zibil-atmaq-ucun-e...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR