“Qurban bayramı cəmiyyətdə qardaşlıq və milli birlik hisslərini gücləndirir” – Mübariz Qurbanlı

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Facebook” sosial şəbəkəsində Qurban bayramı münasibətilə təbrik yazıb.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir: “Xeyirxahlıq, həmrəylik və bərabərliyin təcəssümü olan müqəddəs Qurban bayramı cəmiyyətimizdə qardaşlıq və milli birlik hisslərini daha da gücləndirir. Bu bayram eyni zamanda, öz tarixi kökümüzə sıx bağlılığımızı nümayiş etdirir.

Qurban bayramı insanları mənəvi saflığa, mərhəmətə ruhlandırır, eləcə də yüksək əxlaqi hisslər aşılayır. Bu bayramın dövlət müstəqilliyimizin bərpasından sonra rəsmi şəkildə qeyd edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir.

Sizin hər birinizi müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Sizə tükənməz həyat enerjisi, möhkəm cansağlığı və süfrələrinizə ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR