Bayram günlərində qəzaların qarşısını almaq üçün operativ tədbirlər görüləcək - Azərsu

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, bayram günlərində qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Günün qoroskopu: Alış-veriş üçün uğurlu vaxtdır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR