Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır.

Metbuat.az-ınn məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir:

“Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın".

M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır".

Mətənət Əsədova görüntülərini yayan şəxsi BİABIR ETDİ: "Kişi adına... " - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR