Komitə sədrindən qurbanlıq heyvan kəsənlərə TÖVSİYƏ

Qurbanlıq heyvanların qaydalara uyğun olmayan formada kəsilməsi yolverilməzdir.

Metbuat.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda Qurban bayramı tarixən qeyd olunub və bu bayramda heyvanların kəsilməsi qaydaları nəsildən-nəsilə ötürülüb:

"Hesab edirəm ki, bu qaydaları hər kəs bilir. Ancaq kimsə qurbanlıq heyvanların kəsim qaydalarını bilmirsə, bu işi bilənə həvalə etsin. Qurban kəsimi qaydaları ilə internetdən də tanış olmaq olar. Eyni zamanda bu qaydaları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə də zəng edərək öyrənə bilərlər".

Qeyd edək ki, avqustun 22-23-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Dünya birjalarında neftin SON QİYMƏTİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR