“Türkiyə ilə əlaqələrimizdə problem yoxdur” - Pentaqon

Türkiyə və ABŞ arasında gərginliyə baxmayaraq, Pentaqon iki ölkə arasındakı hərbi əlaqələrin kəsilmədiyini açıqlayıb”.

Metbuat.az xəbər verir ki, bu barədə Amerikanın CNBC xəbər agentliyində məlumat verilib. Məlumatda deyilir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manninq jurnalistlərin suallarına cavab olaraq bildirib ki, Türkiyə ilə münasibətlərdə heç bir problem yaranmayıb.

Qeyd edək ki, ABŞ, terror təşkilatlarına çalışmaqda və cəsusluqda günahlandırılaraq mühakimə olunan, İzmirdə ev həbsində saxlanılan rahib Endryu Bransonun sərbəst buraxılmaması səbəbindən iki türk nazirə qarşı sanksiya qərarı qəbul edib, Türkiyədə hazırlanan polad və alüminium idxalına əlavə vergi qoyub.

Digər tərəfdən, müdafiə məsələsində də iki ölkə arasında bir sıra çətinliklər yaşanıb. Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemi almaq istəməyi ABŞ-da narahatlıq yaradır. Bu səbəbdən ABŞ, Türkiyəyə yeni “F-35”-lərin satışında problem yaratmaq üçün bir sıra addımlar atıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR