Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-19-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb.

Azərbaycan Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq 4 Azərbaycan vətəndaşı 2018-19-cu tədris ili üzrə Rumıniya universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində 4 nəfər “University of Bucharest”, “Babeș-Bolyai University”, “Universitatea „Alexandru Ioan Cuza din Iași” və “Oil & Gas University of Ploiești” ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura (3 nəfər) və doktorantura (1 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.

Xəbərdarlıq: Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR