Rus turistlər OTEL OTAĞINI bu hala gətirdi - Polis məsələyə qarışdı

Antalyanın Manavat bölgəsində istirahət etdikləri otelin otağına zərər verdikləri iddia edilən iki rus turist hava limanında nəzarətə alınıb.

Metbuat.az “Milliyet.com”a istinadən xəbər verir ki, Rusiyadan tətilə gələn Oleq A. ilə Elena M. spirtli içki içdikdən sonra qaldıqları otelin otağına zərər veriblər.

Rus turistlərin oteldən ayrılarkən otağa zərər verdikləri müəyyən olunub. Jandarma komandasının əlaqə qurduğu Antalya hava limanı polisi turistləri hava limanında nəzarətə alıblar. Polis bölməsinə aparılan turistlər çox sərxoş olduqlarını, bu səbəblə nə etdiklərini xatırlamadıqlarını bildiriblər. Razılaşmadan sonra otelə vurduqları zərəri qarşılayan rus turistlər əməliyyatlardan sonra sərbəst buraxıblıblar.

https://metbuat.az/news/1011506/bas-agrisini-hemin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR