Sarkisyanın əmisi oğlu axtarışa verildi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmisi oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin rəhbəri Valeri Osipyan bildirib. Onun sözlərinə görə, Narek Sarkisyan qanunsuz silah gəzdirməkdə, narkotik vasitələr saxlamaqda, dələduzluqda və insan oğurluğunda ittiham edilir.

Xatırladaq ki, N.Sarkisyan və onun mühafizəçisi iyul ayının əvvəlində ölkədaxili axtarışa verilmişdi. O, qanunsuz silah və narkotik saxlamaqda təqsirli bilinir.

Xəbərdarlıq: Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR