Qanunsuz meşə materialından kömür hazırlayan şəxs cərimələnib

Göygöl rayonu Toğana kəndi ərazisində kömür hazırlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı Göygöl rayonu Toğana kənd sakinləri Məzahir Qurbanov və Mamed Süleymanov tərəfindən həyətyanı torpaq sahələrində qanunsuz yolla əldə edilmiş meşə materialından kömür hazırlandığı faktı təsdiqini tapıb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 300 manat məbləğində cərimə edilib. Kömür quyularının ləğv olunması məqsədilə onlara icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Xəbərdarlıq: Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR