Məşhurlar qırmızı xalıda ÇILPAQLIQ YARIŞINA çıxdı - FOTOLAR

Məşhurlar qırmızı xalıda ÇILPAQLIQ YARIŞINA çıxdı - FOTOLAR
18:33 21 Avqust 2018
283 Şou
Ölkə mətbuatı
A- A+

Musiqi dünyasının ən prestijli mükafatlarından sayılan MTV Video Musiqi Mükafatlarının laureatları açıqlanıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində dünən baş tutan gecədə namizədlər və mükafatlardan çox məşhurların qırmızı xalıdan keçid rəqabəti diqqət çəkib.

Gecəyə aldığı mükafatlarla damğa vuran ulduz Kuba əsilli amerikalı müğənni Kamila Kabello olub. İlin “video klipi” və “ilin müğənnisi” kateqoriyalarında Dreyk, Ariana Qrande və Bruno Mars kimi namizədləri geridə qoyan Kamila Kabello mərasimdə iki mükafat alıb. “İlin ən yaxşı mahnısı” “Rokstar” mahnısına verilib. Ən yaxşı debüt edən müğənni isə Kardi B olub.

Ulduzların axınının yaşandığı gecədə qadınlar bir-biriləri ilə gözəllik yarışına çıxıb. Rita Ora, Kardi B, Klay Cenner, Cennifer Lopez və Niki Minaj kimi ulduzlar iddialı libasları ilə diqqətləri üzərlərinə toplayıb.

Mərasimdən görüntüləri təqdim edirik:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/251158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR