Yoahim Löv ilin məşqçisi seçildi

Yoahim Löv ilin məşqçisi seçildi
22:41 12 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

2014-ci ilin ən yaxşı kişi və qadın komandasının məşqçisi artıq müəyyənləşdi.

ANS PRESS-in məlumatına görə, Surix şəhərində keçirilən səsvermədə Almaniya millisinin çalışdırıcısı Yoahim Löv ötən ilin ən güclü məşqçisi seçilib.

Qeyd edək ki, onun rəqibləri Karlo Ançelotti ("Real") və Dieqo Simeone ("Atletiko") olub.

Y.Löv ötən il Almaniya millisi ilə "DÇ-2014"ün kubokunu qazanıb.

Qadın futbolunda ötən ilin ən yaxşı baş məşqçisi adına isə "Volfsburq"un çalışdırıcısı Nadin Kessler layiq görülüb. O, ötən il komandası ilə Almaniya liqası və Almaniya kubokunu qazanıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=319274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR