43 nəfərin öldüyü faciənin yeni görüntüləri - VİDEO

43 nəfərin öldüyü faciənin yeni görüntüləri - VİDEO
03:58 22 Avqust 2018
Ölkə mətbuatı
A- A+

İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması anının yeni görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, görüntülər şəhər kameraları tərəfindən qeydə alınıb.

Xatırladaq ki, hadisə avqustun 14-də baş verib. Körpüdə fövqəladə hadisə anında 30-dan çox avtomobil olub.

Rəsmi məlumatlara görə, 43 nəfər faciənin qurbanı olub. Şəhər hakimiyyətinin məlumatına görə, hazırda xəstəxanalarda 9 yaralı var, onlardan 8-nin vəziyyəti ağır qiymətləndirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/video/251196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR