Şəhriyar Məmmədyarovun erməni şahmatçı ilə görüşü yekunlaşdı

Şəhriyar Məmmədyarovun erməni şahmatçı ilə görüşü yekunlaşdı
03:58 22 Avqust 2018
210 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin IV turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Publika.az-ın məlumatına görə, oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5.

Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.

Turun digər görüşlərinə gəldikdə, rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Hazırda hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla norveçli hazırkı dünya çempionu Maqnus Karlsen qarşılaşır. Eyni zamanda Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) və Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) görüşləri keçirilir.

On şahmatçının mübarizə apardığı "Sinquefield Cup" 300 min dollar mükafat fonduna malikdir. Qalib 75 min dollar qazanacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/251191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR