Cəlilabadda piyadanı maşın vurub

Cəlilabadda piyadanı maşın vurub
04:05 22 Avqust 2018
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü kənd sakini Əzimov Mirzəbəy Ramal oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/678578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR