DNS trafikinin 28 faizini internet provayderləri ələ keçirir

DNS trafikinin 28 faizini internet provayderləri ələ keçirir
04:35 22 Avqust 2018
Ölkə mətbuatı
A- A+

ABŞ və Çin tədqiqatçılar qrupu “USENIX” konfransında DNS trafikinin təhlükəsizliyi haqqında məruzə ilə çıxış edib. Tədqiqat DNS trafikinin hansı hissəsinin təhlükəsiz olmasının və onun ələ keçirilməsi imkanın nə qədər real görünməsinin müəyyənləşdirilməsi məqsədi daşıyıb. Tədqiqatçılar 148478 IP ünvanının analizi vasitəsilə əldə edilən məlumatların təhlilinin köməyi ilə ələ keçirilən DNS sorğularının sayının ölçülməsi üçün sistem yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, məlum olub ki, 3047 yoxlanılmış provayder arasında DNS sorğuları 259 xidmət tədarükçüsü (8,5 faiz), o cümlədən “China Mobile” kimi iri şirkətlər tərəfindən ələ keçirilib. Bundan başqa, Çindən “Google” şirkətinin ictimai DNS serverlərinə göndərilən DNS trafikinin 27,9 faizi oğurlanıb.  

Ekspertlər tərəfindən yoxlanılan 97 DNS serverdə istehsalçının 2009-cu ildən dəstəkləmədiyi köhnəlmiş “BIND” proqram təminatı istifadə olunub. Bundan əlavə, tədqiq edilən DNS serverlərinin 57 faizi “DNSSEC” protokolunu dəstəkləməyib. Ekspertlər qeyd edib ki, ən çox ələ keçirilən trafik ünvan məlumatlarının alınması üçün sorğular olub.

Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-56148-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR