"Ford" 4 minə yaxın avtomobilini geri çağırdı

"Ford" Rusiyada 4 minə yaxın avtomobili geri çağırıb.

Metbuat.az xəbər verir ki, geri çağırılma Rusiyada 2011-ci ildən 2016-cı ilədək satılmış "Focus", "C-Max", "Mondeo" və "Kuga" modellərinə şamil olunur.

Məlumata görə, avtomobillərin geri çağırılmasına səbəb mufta diskində aşkar olunan qüsurlarla bağlıdır. Bu qüsurun avtomobilin hərəkət sürətinin azalmasına və bəzi xüsusiyyətlərinin zəifləməsinə səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR