İŞİD tərəfindən qaçırılan qızın SON HALI - FOTOLAR

2014-cü ildə İŞİD qruplaşması tərəfindən əsir alınan qız nişanlanıb.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, illər əvvəl terror qruplaşması tərəfindən İraqda evlərindən qaçırılaraq əsir götürülən Nadia Murad haqqında seks köləsi olduğuna, təcavüzlərə məruz qaldığına dair xəbərlər yayımlanmışdı. Yezidi fəalı Nadia Murad artıq 23 yaşındadır və o, Almaniyada Abid Şamdin adlı bir oğlanla nişanlanıb.

Naida Murad İraq kəndlərindən qaçırılaraq təcavüzə, müxtəlif işgəncələrə məruz qoyulan 7 min qadın və uşaqdan biri olub. Onlardan fərqli olaraq 12 ay əsirlikdə qaldıqdan sonra Mosul şəhərində İraq ordusu tərəfindən xilas edilən N.Murad kəndinə, ailəsinə təhvil verilib.

Nadia başına gələn hadisələri haqqında kitab yazıb və BMT-nin dəstəyi ilə dərc etdirib. Bundan başqa azad edildikdən sonra N.Murad "Nobel" sülh mükafatına namizəd olub. BMT-də yaşadıqlarını danışan Nadia bu təşkilatın xoşməramlı səfiri seçilib.

23 yaşlı Nadia Murad hazırda BMT-nin Narkotik və Cinayət Şöbəsində (UNODC) çalışır. O özü kimi insan ticarətinin qurbanı olmuş müxtəlif insanların problemləri ilə maraqlanır və onlara kömək etməyə çalışır.

Ərinin məşuqəsindən bu cür İNTİQAM ALDI - Xəyanətin sonu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR