Azərbaycanda əcnəbilər üçün bayram süfrəsi açılıb

Qurban bayramı ilə əlaqədar Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bayram süfrəsi açılıb.

DMX-dən Metbuat.az-a verilən məlumata görə, mərasim iştirakçılarına mənəvi birlik və həmrəylik rəmzi sayılan müqəddəs Qurban bayramı münasibətilə təbriklər çatdırılıb. Məlumat verilib ki, yüksək əhval-ruhiyyə ilə qeyd edilən bu bayram insanlara saflıq və xeyirxahlıq hissləri aşılayır.

İnsanların fədakarlığını daha da gücləndirən, hər bir bəşər övladına mərhəmət təlqin edən bu əziz bayram münasibətilə, həmçinin ölkəmizdə qaçqın statusu almış şəxslərlə DMX-nin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsində görüş keçirilib. Onlara bayram sovqatları hədiyyə edilib.

Hər iki tədbirin iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Zəm-zəm quyusu haqqında BİLİNMƏYƏNLƏR - Yapon alimdən İNANILMAZ AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR