Sadəcə bir qaşıqla problemlərinizdən XİLAS OLUN! - MÜTLƏQ OXUYUN

Elə şeylər var ki, həyatımızın bir parçasıdır.

Lakin biz onların varlığını heç arzulamırıq. Bədənimizdə olan arzuolunmaz tüklər, üzümüzdəki qara ləkələr, yaxud ət xallar kimi...

5. Qoltuq altı və ya qasıq nahiyəsində qaralmalar

Bu qaraltılar hamını narahat edir. Yayda isə qoltuq altındakı qaralmalar qorxulu kabusa çevrilir. Qolsuz paltarlar geyinmək əməllicə problem olur. Bir neçə təbii üsul vasitəsilə bu cür qaralmalardan yaxa qurtarmaq mümkündür.

- Nazik bir kartof dilimi götürün. Qoltuğunuzun altına sürtün. Bu prosesi bir nüçə gün dalbadal 10 dəqiqə müddətində təkrarlayın. Bir də görəcəksiniz, qaraltı yoxa çıxıb.

- 1 xörək qaşığı zeytun yağıyla 1 xörək qaşığı şəkər tozunu qarışdırın. Duşdan sonra bu qarışımı qoltuğunuzun altına sürtün. Effektivliyi özünüz seyr edin.

- Süddə olan vitaminlər və yağlar dəriyə faydalıdır. 2 xörək qaşığı süd, 1 çay qaşığı kəsmikvə 1xörək qaşığı un ilə xəmir yoğurun.Qoltuğunuzun altına çəkin. 15 dəq sonra soyuq su ilə yaxalayın. Bu xəmir dərini ölü hüceyrələrdən təmizləyəcək. Süd nə qədər yağlı olsa, nəticə bir o qədər ürəkaçan olacaq.

- Sodanın dəri üçün faydaları burda da rastmıza çıxır. Gözəllik reseptlərində tez-tez adı çəkilən soda qoltuq altı qaralmasına çox yaxşı təsir edir. Sodanı ilıq su ilə qarışdırın. Qoltuğunuzun altını tez-tez bu qarışımla yuyun. Qaralma yox olacaq.

4. Bədəndəki arzuolunmaz tüklər

Limon və duz qarışımı ilə tükləri azaltmaq olar. Kosmetik mağazalarda sizə təklif olunan tüktökücü kremlər kənardan effektli görünsə də, tərkibində müxtəlif kimyəvi maddələrin olması danılmazdır. Ona görədə istifadəsiçox risklidir. Evdə təbii qarışımlar hazırlayaraq həm tüklərdən qurtula bilərsiniz, həm də dərinizə heç bir ziyan vurmazsınız.

- 6 xörək qaşığı limon suyu və 1 xörək qaşığı duz götürün. Yaxşıca qarışdırın. Bu qarışımı istifadə etməzdən qabaq tükləri yaxşıca təmizləyin. Sonra həmin nahiyəyə hazırladığınız qarışımı masaj edə-edə çəkin. 1 saatdan sonra yuyun.Prosesi 3 gün davam etdirin. Tük köklərinin zəiflədiyini və tüklərin azaldığını özünüz görəcəksiniz.

3. Qoltuq altındakı tüklər.

Ülgüc istifadə etməkbu tüklərdən yaxa qurtarmağın ən asan və tez başa gələn üsuludur. Lakin, bu halda həmin nahiyədə qıcıqlanma və ya ağrı da ola bilər. Ən yaxşısı, təbii üsulla bu tüklərdən azad olmaqdır.Limonu kasaya sıxın. Sonra şəkər tozu əlavə edib qarışdırın. Limon suyu şəkər tozunu tam əritməsə azca da ilıq su qatın.Qarışımı bədən temperaturuna uyğun dərəcədə isidin. Əmin olun ki, şəkər tozu tam əriyib. Qarışım yapışqan kimi məhlula çevrilənədək qarışdırın. Elə ki, gördünüz bal rəngindədir, qoyun bir kənara və soyumasını gözləyin. Sonrabu qarışımla qoltuq altı nahiyəsini yuyun. Məhlul dərinizə çox yapışmasın deyə altından azacıq kosmetik pudra çəkə bilərsiniz. Sonda qoltuq altınızı ilıq suyla yuyun.

2. Göz altındakı göyərmələr

Qəhvə çöküntüsünü atmayın. Eyni miqdarda qəhvə çöküntüsünü və hindqozu yağını qarışdrıb gözünüzün altına çəkin. 15 dəqiqədənsonra yuyun. Bu prosesi həftədə 3-4 dəfə təkrarlayın.

1. Daban çatlarının çarəsi

Ayaqlarınıza yetərincə diqqət etməsəniz, dabanlarınız çatlayar. Çalışın ki, hər gün ayaqlarınızı yuyun və nəmləndirici krem sürtün.

- Süd və bal qarışımını həftədə bir dəfə istifadə etsəniz daha yaxşı olar. Əgər dabanlarınız çatdırsa, qarışımı hər gün istifadə edin. Ardınca da nəmləndirici kremi sürtməyi unutmayın. Çatlar yox olanadək prosesə davam edin.

- İri bir qaba 2 stəkan süd və 1 stəkan bal tökün. Yaxşıca qarışdırın. Ayaqlarınızı 15-20 dəqiqə bu qarışımın içində saxlayın. 10 dəq tamam olanda qarışımın içində ayaqlarınızı masaj edin. Sonra da ayaqlarınızı ilıq su ilə durulayın.

Xəyalə Məmmədova / METBUAT.AZ

Ərinin məşuqəsindən bu cür İNTİQAM ALDI - Xəyanətin sonu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR