2018-ci ilin ən çox qazanan aktyoru

"Forbes" jurnalının məlumatına görə, Corc Kluni 2018-ci ilin ən yüksək maaş alan aktyorudur. Belə ki, aktyor 2017-ci ilin iyun ayından cari ilin analoji dövrünə qədər olan müddət ərzində 239 milyon dollar qazanıb.

Onun aktyorluq işi ilə yanaşı, bir milyard dollara yaratdığı "Casamigos Tequila" şirkətinin tekila satışından əldə etdiyi vəsait də Kluninin gəlirlərini artırıb.

2018-ci ilin ən yüksək ödənişli aktyorları arasında ikinci yeri Dueyn Conson tutur. O, göstərilən dövr ərzində 124 mln. dollar qazanıb. Aktyorun ötən ildən bu yana gəlirlərini ikiqat artırdığı bildirilir. Üçlüyü 81 milyon dollar qazanan Robert Dauni kiçik qapayıb.

Zəm-zəm quyusu haqqında BİLİNMƏYƏNLƏR - Yapon alimdən İNANILMAZ AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR