"Məğlub olsaq da, buna peşəkarcasına yanaşacağıq" - Qurban Qurbanov

Heyətdə problemlər olsa da, "Şerif"lə oyuna hazırıq.

Metbuat.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, bildirib ki, hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkarcasına yanaşacağıq.

"Heyətdə də, ola bilsin, bir neçə problem var. Buna baxmayaraq oyuna hazırıq" - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçında bu gün səfərdə "Şerif"in qonağı olacaq.

Bu gün Füzuli və Cəbrayılın işğalından 25 il ötür - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR