Səbaildə avtomobil qaçıran şəxs saxlanılıb

Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Fərid Ağazadə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda “BMW” markalı avtomobilini saxlamasını, açarlarını isə orada işləyən şəxsə verməsini, ertəsi gün həmin şəxsin avtomobili qaçırmasını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilib.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb, hadisəni törətmiş Bakı şəhər sakini Fərid Ağazadə ilə birgə Səbail RPİ-yə təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Sərxan Kərəmoğlu Mətanətə bunu da etdi: "Üzr istəyirəm, amma..." / FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR