Aslan Aslanov vəfat edib

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov vəfat edib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyətindən verilən məlumata görə, o, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Hazırda onun meyiti Bakı şəhərindən doğulduğu Şəmkir rayonunun Əliyaqublu kəndinə gətirilir və həmin kəndin qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A.Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. O, 1993-cü ildən 2005-ci ilə qədər Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 8 il kənd təsərrüfatı nazirinin müavini işləyib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü və Tbilisinin fəxri vətəndaşı olub.

Allah rəhmət eləsin!

Sərxan Kərəmoğlu Mətanətə bunu da etdi: "Üzr istəyirəm, amma..." / FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR