Ölkədə tütün və içki istehsalı artıb

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin ilk yeddi ayında ölkədə tütün məmulatlarının istehsalında 2,9 dəfə, içki istehsalında 9 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsinin Metbuat.az-a verilən məlumata görə, hesabat dövründə qida məhsullarının istehsalı isə 2,4 faiz azalıb. Bu sahələrin əsas məhsullarından cem və marmeladların istehsalı 1,1 faiz, brendi (konyak) istehsalı 4,8 dəfə, üzüm şərabının istehsalı 34,4 faiz, alkoqolsuz içkilərin istehsalı 20 faiz artıb.

Bununla yanaşı, kolbasa məmulatlarının istehsalı 0,9 faiz, duru bitki yağlarının 12,2 faiz, qənd və şəkər tozu istehsalı isə 52,2 faiz azalıb.

Günün ulduz falı - 24 AVQUST - Oxumaaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR