"Bu şansdan cavab matçında maksimum istifadə etməyə çalışacağıq"

"Bu şansdan cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Metbuat.az-ın məlumatına görə, bunu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Şerif" - "Qarabağ" matçından (1:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O qeyd edib ki, rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır:

"Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəsə dəyişmək haqqında danışmaq üçün tezdir. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 30-da Bakıda keçiriləcək.

Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR