Türkiyənin yeni həmləsi - ABŞ NARAHATDIR

ABŞ Xarici İşlər Nazirliyi sözçüsü Heather Nauert Rusiyanın 2019-cu ildə Türkiyəyə "S-400" hava müdafiə raket sistemlərinin təhvilini başlatmağı planlamasından narahat olduğunu bildirib.

Metbuat.az "Milliyyet.com"a istinadla bildirir ki, Nauert bu barədə ötən gün keçirilən mətbuat konfransında jurnalistlərin sualına cavab verərkən deyib:

"Mən şəxsən belə bir xəbər görmədim, amma əgər doğrudursa, bu bizim üçün narahatvericidir. Bilirsiniz, Türkiyə kimi NATO mütəffiqinin S-400 sistemini istifadə etməsi bizim siyasətimizə əksdir".

Nauert S-400-ün NATO-nun digər sistemlərinə uyğun olmadığını xatırladaraq, "Əməkdaşlarımız və ya mütəffiqlərimizdən birinin S-400 almasına qarşıyıq"-deyə əlavə edib.

Aysel Yaqubqızı / Metbuat.az

Malayziya Çin ilə birgə layihələrdən imtina edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR