Gömrükdə 19 minə yaxın pirotexniki vasitə aşkarlanıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21214" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, baxış zamanı avtomobildə gömrük nəzarətindən gizlədilən üzərində "Big Cracker" yazısı olan 870 ədəd və "Enigmabg" yazısı olan 18 min ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

XƏRÇƏNGİN QATİLİ İMİŞ - Sarımsaqdan sonra... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR