DƏHŞƏT: Arvadını öldürüb soyuducuya qoydu və başqa qadınla istirahətə yollandı - FOTOLAR

Məhkəmə arvadını öldürüb 3 ay soyuducuda saxlayan Zhu Xiaodonq adlı şəxsə edam cəzası verib.

Metbuat.az "Milliyyet.com"a istinadla bildirir ki, dəhşətli hadisə Çində baş verib. 31 yaşlı ər həyat yoldaşını boğaraq öldürüb, daha sonra meyiti adyala bükərək evlərinin balkonundakı soyuducuda saxlayıb.

Zhu bu hadisədən sonra öldürdüyü yoldaşının pulu ilə başqa qadınla istirahətə yollanıb.

Cinayətin ortaya çıxmasından narahat olan qatil polisə gedərək təslim olub.

Dəhşətli cinayətin ortaya çıxması ilə qurbanın ailəsi qatil ərin ölüm cəzasına məhkum edilməsini tələb edib.

Zhu Xiadonq etdiyi əməldən peşman olmadığını bildirib. Çin məhkəməsi onu edam cəzasına məhkum edib.

Aysel Yaqubqızı / Metbuat.az

https://metbuat.az/news/1013030/turkiyenin-yeni-hemlesi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR