Qadının arxasınca səssiz gəldi və... - Kamera ANBAAN ÇƏKDİ

Qadının arxası ilə səssiz gələn oğru çantasını oğurlayıb.

Metbuat.az bildirir ki, sözügedən hadisə Türkiyənin Antalya şəhərində qeydə alınıb. Rus əsilli 32 yaşlı Eketerina Gürlersen adlı qadın marketdən alış-veriş etdikdən sonra mənzilinə çıxmaq üçün binaya girib. Gülersanın ardıyca binaya girən şəxs liftin qapısını açmaq istəyən qadının üzünə bibər qazı sıxıb, qolundakı çanta və əlindəki alış-veriş torbasını alaraq qaçıb. Hadisə anı binanın təhlükəsizlik kameralarına əks olunub. Qonşuların xəbər verməsi ilə hadisə yerinə gələn polislər hadisə ilə bağlı araşdırma başladıb. Araşdırma nəticəsində H. G adlı şəxsin əlindəki iki karton çantanı yoxlayan polis çanta içindəki qadın çantasının Eketerina Gürlersana aid olduğunu müəyyən edib.

Gülersana aid pasport, mobl telefon, bir miqdar pul və xüsusi əşyalar təslim edilib. H. G isə məhkəməyə sövq edilib.



https://metbuat.az/news/1011606/bu-qiz-dilini-hem-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR