Bakı metrosunda gəmilərin fotosərgisi olacaq

Bakı metropolitenində daha bir əhəmiyyətli sosial layihə həyata keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, layihə "Bakı Metropoliteni" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələcək.

Bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Bununla əlaqədar metropolitenin "Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək. Bununla, stansiya keçidlərindən istifadə edən paytaxt sakinləri və şəhərimizin qonaqları, metro sərnişinləri, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.

Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.

XƏRÇƏNGİN QATİLİ İMİŞ - Sarımsaqdan sonra... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR