Yay başlayandan 21 nəfəri ilan, 11 nəfəri əqrəb sancıb

Avqust ayının əvvəlindən bu günə qədər ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 8 nəfər müraciət edib.

Metbuat.az azvision.az-a istinadən xəbər verib ki, bu barədə Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib. O, bildirib ki, bu müddət ərzində 2 nəfər qara qurd, 4 nəfər isə əqrəb sancması ilə bağlı müraciət edib.

“Bundan əlavə, dərman zəhərlənməsi ilə bağlı 7 nəfər, allergik reaksiya ilə bağlı isə 11 nəfər mərkəzə müraciət edib. Həmçinin 3 nəfər sirkə turşusu zəhərlənməsi ilə gəlib”.

A.Maqsudov yay mövsümü başlayandan bu günə qədər 21 nəfərin ilan, 5 nəfərin qara qurd, 11 nəfərin isə əqrəb sancması ilə bağlı onlara müraciət etdiyini deyib.

“Həmçinin dərman zəhərlənməsi ilə əlaqədar 18 nəfər, allergik reaksiya ilə 24 nəfər, sirkə turşusu ilə 6 nəfər müraciət edib. Bu müddətdə bir nəfər sirkə turşusundan ölüb. İlan sancması ilə bağlı müraciət edənlərdən 6 nəfərin, sirkə turşusu zəhərlənməsi ilə müraciət edənlərdən isə 2 nəfərin vəziyyəti ağır olub”.

XƏRÇƏNGİN QATİLİ İMİŞ - Sarımsaqdan sonra... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR