Ərdoğan Putinlə İranda görüşəcək

RusiyaTürkiyə prezidentləri Rəcəb Tayyip Ərdoğanla Vladimir Putinin növbəti görüşü yaxın zamanda İranda baş tutacaq.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə bu gün Moskvaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirən Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib.

Türkiyəli diplomat deyib ki, Soçi formatında prezidentlərin növbəti görüşü İranda keçiriləcək və onadək hər iki ölkənin XİN rəhbərləri kimi Lavrovla birlikdə liderlərin sammitinə hazırlıq görəcəklər.

Qeyd edək ki, Çavuşoğlu ilə Lavrovun bugünkü görüşündə əsas müzakirə mövzusu Suriyada, xüsusən də, İdlibdəki vəziyyət olub. Həmçinin, XİN rəhbərlərilə yanaşı, Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akarla Sergey Şoyqu arasında da görüş keçirilib, ikitərəfli hərbi əməkdaşlıq və Suriyadakı təhlükəsizlik zonalarının vəziyyəti müzakirə olunub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR