Bir paket qurdu 45 manata satır - PULA PUL DEMİR

Türkiyənin Antalya şəhərində yaşayan bir sahibkar insanların baxmağa belə qorxduğu un qurdunun istehsalı ilə məşğul olur.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, antalyalı iş adamı Selami Gökgöl 15 ildir 1500 kvadratmetrlik qapalı bir sahədə canlı yem istehsalı ilə məşğul olur. Bu yemlərdən un qurdu istiliyi, iqlimləndirilməsi və yaşayış sahəsi xüsusi olaraq hazırlanan hazır qutularda istehsal olunur. Heyvan mağazaları, toyuq fermaları, akvariumçular və qanadlı heyvan bəsləmədə istifadə olunan un qurdunun kiloqramı 45 manatdan satılır və paketin içində təxminən 10 min ədəd olur.

İki ildir un qurdunun istehsalı ilə məşğul olduqlarını bildirən Gökgöl məqsədlərinin qanadlı heyvanların protein ehtiyaclarını qarşılaya bilmək olduğunu deyib. Gökgöl xüsusilə quş sahəsinə maraq göstərir. Onun sözlərinə görə, bu quşlar bülbül, tutuquşu kimi quşların yumurtlama dövründə istifadə edilir:

"Toyuq sahəsində də son dövrlərdə protein ehtiyacını qarşılamaq üçün üstün tutulur. Un qurdu gələcəyin bu sahədəki vacib canlı yemlərindən biridir”.



http://matbuat.org/news/1013097/qadinin-arxasinca-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR