"Pərvin Abıyeva, Fidan Axundova və Cavidan Novruz..."

"Yeni mövsümdə "Bacanaqlar"da ssenari tamamilə dəyişdi. Pərvin Abıyeva, Fidan Axundova və Cavidan Novruz ekran işindən uzaqlaşdırıldı".

Metbuat.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elməddin Cəfərov deyib. O, yeni mövsümdə ATV-də efirə gedən "Bacanaqlar" və "Qız atası" seriallarından bəhs edib.

Cəfərov bildirib ki, ekran işindən bir çox sima uzaqlaşdırılıb, onların yerinə isə yeniləri gətirilib:

"Hətta bacanaqların da adı dəyişib və subaydılar. Buna görə də ötən mövsüm Taleh obrazının arvadları rolunu oynayan aktrisalara ehtiyac qalmadı. Yeni simalarımız da var. Fərda Xudaverdiyevi, Günay Əhmədi serialımıza dəvət etdik".

Elməddin "Qız atası"ndan da danışıb. O bildirib ki, ekran işində bir çox yeni aktyorlar çəkiləcək.

Qeyd edək ki, "Bacanaqlar" artıq onuncu mövsümə başlayıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR