Şəmkirin keçmiş icra başçısı dəfn olunub

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov dəfn olunub.

Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, o, doğulduğu rayonun Əliyaqublu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, A.Aslanov avqustun 22-dən 23-nə keçən gecə Bakıda xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, A.Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. O, 1993-cü ildən 2005-ci ilə qədər Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 8 il kənd təsərrüfatı nazirinin müavini işləyib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü və Tbilisinin fəxri vətəndaşı olub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR