Əvvəl ərini, sonra polisləri döydü - VİDEO

Rusiyanın Penza şəhərində ərlə arvad arasındakı dava polislərin işə qarışması ilə başa çatıb.

Metbuat.az milli.az-a istinadən bildirir ki, polisə zəng vuraraq "Ərim içib, sərxoşdur, məni döyür" deyən qadının çağırışı ilə hadisə yerinə iki polis əməkdaşı yollanıb. Onlar sərxoş vəziyyətdə əl-qol atan, polisləri söyən əri tutub aparmaq istəyəndə arvad irəli atılıb. O, ərini müdafiə edib və polislərin əlindən alıb.

Daha sonra isə o, ərini döyməyə başlayıb.

Ertəsi gün isə ərlə arvad polisə şikayət ərizəsi yazaraq bildiriblər ki, şadisə yerinə gəlmiş polislər zorakılıq ediblər, hətta sərxoş ərin sağ qolunu burub sındırıblar.

Həmin iki polis əməkdaşı xidməti araşdırma başa çatana qədər işdən kənarlaşdırılıblar.


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR