Lənkəranda əkin sahələri zərərvericidən təmizlənir

Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) ikinci nəslinə qarşı növbəti dəfə fitosanitar müşahidələr və mübarizə tədbirləri həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Lənkəran Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Kənarmeşə kəndində 190 hektar, Osaküçə kəndində 240 hektar, Veravul kəndində 220 hektar sahədə müşahidə aparılıb və sirayətlənmə aşkar edilmiş ümumilikdə 218 hektar əkin sahəsində adıçəkilən zərərvericiyə qarşı kimyəvi mübarizə aparılıb. Dövlət hesabına həyata keçirilən mübarizə tədbirində Diflobezron tərkibli Xetenazon preparatından (100 qr/1 ha) istifadə olunub.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır.

Karantin zərərvericisi əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR