61 yaşlı kişi sevgilisini güllələdi

Türkiyədə türkmənistanlı qadın sevgilisi tərəfindən güllələndi.

Metbuat.az big.az-a istinadən xəbər verir ki, hadisə Qurban bayramının ilk günü Fatih Muhsinə Hatun məhəlləsində baş verib.

İddialara görə 61 yaşlı Rəmzi.S türkmənistanlı 52 yaşlı sevgilisi Nazirə Babajonavaya dəfələrlə zəng etsə də cavab almayıb. Bundan əsəbləşən kişi sevgilisinin evinə gedib. Rəmzi qapını açan Babajonovadan telefonlarına niyə cavab vermədiyini soruşub.

Kısa sürən mübahisə qanla bitib. Belə ki, Rəmzi Nazirə Babajonavanı güllələdikdən sonra bir neçə dəfə bıçaqlayıb. Hadisəni görən və Nazirə ilə bir evdə yaşayan Parahat.İ adlı qadın qışqıraraq ətrafdakılardan kömək istəyib. Rəmzi isə əlindəki silahla birlikdə hadisə yerindən qaça bilib. Rəmzinin hadisə yerindən uzaqlaşması təhlükəsizlik komeraları tərəfindən lentə alınıb.

Ağır yaralanan qadın hadisə yerinə gələn təcili tibbi yardımla xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq Nazirə Babajonavanın həyatını xilas etmək mümkün olmayıb.

Rəmzi gizləndiyi mənzildə polislər tərəfindən həbs edilib. Evdə aparılan axtarışlar nəticəsində cinayəti törətdiyi silahda ələ keçirilib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR